Interposta.Info

Çempionlar Liqasında 2 oyun,

İdman
 14-02-2018, 08:25     10 619

Çempionlar Liqasında 1/8 final həyəcanı başlayıb. Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün əsas matçı Turində "Yuventus”la "Tottenhem" arasında keçirilib. Tərəflərin avrokuboklarda ilk dueli kimi tarixə düşən qarşılaşmada 4qol vurulsa da, qalib müəyyənləşməyib. İlk 9 dəqiqədə iki qol vuran "Yuventus" sonradan üstünlüyü itirib. Hətta ilk iki qolun müəllifi Qonzala Hiquayn birinci hissənin sonunda penaltini boşa verib.

Digər qarşılaşmada isə "Bazel” Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti”ni qəbul edib. Bu oyunda gözlənildiyi kimi qonaqlar asan qələbə qazanıb. Rəqib qapısına 4 cavabsız qol vuran "Mançester Siti" cütün taleyini ilk oyunda həll edib.

Çempionlar Liqası ilə yanaşı Avropa Liqasında da mübarizəyə start verilib. İkinci dərəcəli klub turnirində 1/16 final mərhələsi başlayıb. Bu gecə qarşılaşma baş tutub və Moskva ÇSKA-sı Belqradda "Srvena Zvezda"nın qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb.

Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
13 fevral

Bazel (İsveçrə) - Mançester Siti (İngiltərə) 0:4
Qollar: İlkay Gündoğan, 14; 53. Bernardo Silva, 18. Serxio Aquero, 23.

Yuventus (İtaliya) - Tottenhem (İngiltərə) 2:2
Qollar: Qonzalo Hiquayn, 2; 9-pen - Harri Keyn, 35. Kristian Eriksen, 72.
İstifadə olunmayan penalti: Hiquayn, 45.

Avropa Liqası
1/16 final (ilk oyun)
13 fevral

Srvena Zvezda (Serbiya) - ÇSKA (Moskva, Rusiya) 0:0

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26