Interposta.Info

Çempionlar Liqası: Turində 3, Mançesterdə 7 qol

İdman
 13-03-2019, 08:49     10 462

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçirilib.

Qaynarinfo xəbər verir ki, oyunlar Turində və Mançesterdə baş tutub.

Səfərdə "Atletiko”ya 0:2 hesabı ilə uduzan "Yuventus” doğma meydanda yenilginin əvəzini çıxmağa nail olub. Kriştiano Ronaldonun het-triki sayəsində qələbəni bayram edən Turin təmsilçisi adını 1/4 finala yazdırıb.

Günün digər matçında "Mançester Siti” "Şalke 04”ü qəbul edib. İki komanda arasındakı Helzenkirhendəki qarşılaşmada ingilislər 3:2 hesablı qələbə qazanmışdı. "Mançester Siti” bu dəfə rəqibini sözün əsl mənasında rusvay edib - 7:0.

Qeyd edək ki, bundan əvvəl "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Portu" (Portuqaliya) və "Ayaks" (Hollandiya) 1/4 finala çıxıb. 1/8 final mərhələsinə bu gecə keçiriləcək "Barselona" (İspaniya) - "Lion" (Fransa) və "Bavariya" (Almaniya) - "Liverpul" (İngiltərə) oyunları ilə yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final
Cavab oyunları

12 mart
Yuventus (İtaliya) - Atletiko (İspaniya) 3:0
Qollar: Kriştiano Ronaldo, 27; 49; 86-pen.
Yuventus: Voyçex Şkesni, Corco Kyellini (k), Miralem Pyaniç, Kriştiano Ronaldo, Blayse Matuidi, Mario Mandzukiç (Moyse Kean, 80), Leonardo Bonuççi, Joao Kanselo, Emre Can, Federiko Bernardeşi, Leonardo Spinazzola (Paulo Dibala, 67).
Atletiko: Jan Oblak, Dieqo Qodin (k), Santyaqo Arias (Vitolo, 77), Koke, Antoine Qrizmann, Saul Níques, Tomas Lemar (Angel Korrea, 57), Rodriqo, Xuanfran, Alvaro Morata, Jose Ximenes.
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Turin, "Alyans Arena”.

Mançester Siti (İngiltərə) - Şalke 04 (Almaniya) 6:0
Qollar: Serxio Aquero, 35; 38. Leroy Sane, 43. Rahim Sterlinq, 57. Bernardo Silva, 71. Pil Foden, 78. Qabriel Xesus, 84.
Mançester Siti: Ederson, Kile Ualker, Danilo, Rahim Sterlinq, İlkay Gündoğan, Serxio Aquero (Qabriel Xesus, 64), Aymerik Laporte (Fabian Delp, 72), Leroy Sane, Bernardo Silva, David Silva (k) (Pil Foden, 64), Aleksandr Jinçenko.
Şalke 04: Ralf Fahrmann (k), Vetson Makkeyn (Hamza Mendil, 74), Suat Serdar, Nabil Bentaleb, Yevgeni Konoplyanka, Benjamin Stambouli, Quido Burqstaller ((Sedrik Teukert, 79), Bastian Okzipka, Salif Sane, Bruma, Breel Embolo (Steven Skribski, 69).
Baş hakim: Klemen Turpin (Fransa).
Mançester, "Ettihad Stadium”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26