Interposta.Info

"Real" İspaniya çempionatına qələbə ilə başlayıb-

İdman
 20-08-2018, 09:39     10 421

Madridin "Real" klubu futbol üzrə İspaniya çempionatının 2018/19-cu illər mövsümünun I tur oyununda "Xetafe"ni qəbul edib.

“Report” xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutan görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk qolun müəllifi Daniel Karvaxal olub. Komandanın ikinci qolunu hücumçu Qaret Beyl vurub.

Ötən il "Real" çempionatı Zinəddin Zidanın rəhbərliyi altında 3-cü yerdə bitirib. Birinci yeri "Barselona" tutub.

İspaniya Primerosu, I tur

"Real" – "Xetafe" - 2:0

Qollar: 1:0 – Karvaxal – 20, 2:0 – Beyl – 51

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26