Interposta.Info

"Real" "Vilyarreal" üzərində qələbəni əldən verərək gümüş medallardan məhrum olub

İdman
 20-05-2018, 09:52     10 443

Madridin "Real" klubu futbol üzrə İspaniya çempionatının 38-ci turunda "Vilyarreal" ilə heç-heçə edib.

“Report” xəbər verir ki, Vilyarreal şəhərinin"El-Madriqal" stadionunda keçirilən matç 2:2 hesabı ilə başa çatıb.

Birinci hissədə Qaret Beyl və Kriştianu Ronaldu Madrid komandasına üstünlük qazandırıb, lakin ikinci hissədə ev sahibləri Roxer Martines və Samuel Kastilyexonun vurduğu qollarla hesabda bərabərlik yaradıblar.

"Real" (76 xal) bu heç-heçə sayəsində çempionatın gümüş medallarından məhrum olub və turnirdə ikinci yeri "Atletiko Madrid"ə verərək üçüncülüklə kifayətlənməli olub. "Vilyarreal" çempionatı 61 xalla 5-ci başa vurub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26