Interposta.Info

"Real" yenə məğlub oldu: "Barselona"...

İdman
 14-01-2018, 01:07     10 537

İspaniya La Liqasının XIX turunda "Real Madrid" öz meydançasında "Vilyareal"ı qəbul edib. "Santyaqo Bernabeu" stadionunda keçirilmiş oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.

Axar.az xəbər verir ki, yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub.

Bu qələbə sayəsində xallarını 31-ə çatdıran “Vilyareal” 5-ci pilləyə yüksəlib. Ardıcıl üçüncü qarşılaşmada qol vura bilməyən "Real Madrid" isə 32 xalla 4-cü yerdə qərarlaşıb. Zinəddin Zidanın baş məşqçisi olduğu komanda bir oyun az keçirib. Turnir cədvəlinə 48 xalla “Barcelona” başçılıq edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26