Interposta.Info

"Real" "El Klasiko"da qalib gələrək, yenidən zirvəyə yüksəlib

İdman
 2-03-2020, 08:38     387

İspaniya La Liqasında XXVI turun mübarizəsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, bütün diqqətlər "Santyaqo Bernabeu"dakı qarşılaşmaya yönəlib.

Əzəli rəqiblər "Real"la "Barselona" La Liqa tarixində 180-ci "El Klasiko" matçına çıxıblar. Oyun "Real"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Buna qədər komandaların hərəsinin aktivində 72 qələbənin olması və çempionluq mübarizəsi aparması qarşılaşmanın əhəmiyyətini daha da artırırdı.

"Barselona"nı ölkə çempionatında sonuncu dəfə 2016-cı ildə, Madriddə isə 2014-cü ildə məğlub edən "kral klubu" müvafiq olaraq 7 və 4 oyunluq həsrətə, nəhayət ki, son qoyub. Bu qələbə "Real"ı turnir cədvəlində zirvəyə yüksəldib.

"Sevilya" doğma arenasında ortabab "Osasuna"nı son dəqiqə qolu sayəsində məğlub edərək, 3-cü pilləyə yüksəlib.

Avrokuboka vəsiqə ümidini itirməyən "Vilyarreal" Bilbaoda yerli "Atletik"ə yenilib. Ev sahiblərinə qələbə üçün 1 qol bəs edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26