"Əllərinin bətnindən hər gün ölü doğuluram"

***
Bakirə otaqların üz tutduğu adamlardısa tənhalıq,
bütün qovuşanlar ayrılmağı bacarmayanlardı...
Çünki hələ də hamı ölür,
hələ də
fəsillərin çöl tərəfidi həyat...
...Əllərinin bətnindən hər gün ölü doğuluram
islanmış ağaclara balıqlar aldandıqca.
Daha qorxma,
tək adamlar qarımaz ki, dostum,
çək gözlərini saatdan,
bax, qollarına bükülən küçələrə...
...Sən demə,
bağışlamaq da xəyanət imiş,
qadın olmaq da,
elə azadlıq da...
Qəbirlər də diş çıxartdı görüş yerimizdə
Axı şəkillərimizin arxasından başladı uzaqlar...
...Bağışla,
bağışla qara paltarlı kibrit dənələrini !
İndi sənə qədər kim varsa- itgin payızdı...
...Səndən o yana bir qanad göy üzü də yox,
tərk etməyə vətən də,
gecələməyə bir kirayə adam da...
Emil RASİMOĞLU
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26