Interposta.Info

Aydın Canıyevə ünvanlanan sətirlər

Müxtəlif
 24-08-2018, 22:22     10 425

Musa Yaqubun saçlarına bənzəyən adam,
dişləri tökülür ayaqyalın şəkillərinin,
yanır gülüşlərin pəncərə təkliyində.
Bütün çətirlərin çölündən keçən yağışlar
sənin çətirinin altında gecələdi...

Bu şəhərdə
qadınlar qovuşduğu kişilərin payız fəslində ölürmüş...
...Sən də Onun sonu oldun, O isə Tanrının !

Alnını tut sonuncu ölüm gününə sarı,
görəcəksən sən kimsən...-
Bir az,
bir az məktublarda dəli adam,
Hamının içində daş-qalaq olmalı,
gizlində sevməli adam...

Döyür saçlarının qapısını ay işığı...
Bax güzgüyə
Qarışqa qanadlı
qırışlar keçir qarşından...
Zindanda unutduğun əl-ayağını
bağışla...keçir qarşından...

...Musa Yaqubun saçlarına bənzəyən adam,
səngərsiz Vətənsən, düşmənsiz müharibə...
Qucaqla bu gecəni
Sonra,
sonra
tap gözlərini, at qəbrinə sarı...

Emil RASİMOĞLU

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26