Interposta.Info

Samsung televizorlarında yenilik - Tap View və Multi View

İqtisadiyyat
 18-06-2021, 15:02     405

Tap View və Multi View nədir?

Yeni funksiyaların necə işlədiyini daha aydın başa düşmək üçün, ilk öncə onların adlarına diqqət yetirmək lazımdır. Belə ki, "Tap” – İngilis sözü olub, "toxundur" mənasını ifadə edir, " Multi " isə "çox" deməkdir. Beləliklə, telefondan hər hansı bir məzmunu birbaşa böyük ekranda tez və rahat bir şəkildə izləmək üçün yeni Samsung TV-lərin korpusunun küncünə smartfonla sadəcə toxunmaq kifayətdir. Tap View smartfonunuzun məzmununu televizorunuzda əks etdirməyə imkan verir, Multi View isə ekranın bir neçə hissəyə bölünməsi üsulu ilə eyni anda bir neçə məzmunu seyr etmək üçün sonsuz imkanlar yaradır. Bağlantı tamamilə "sərbəstdir", Bluetooth vasitəsilə cihazların sinxronizasiyası tələb olunmur, eyni Wi-Fi şəbəkəsinə də ehtiyac yoxdur, tək tələb - smartfonda NFC-nin olmasıdır. Qeyd olunan funksiyalar yalnız şəkillərin və video məzmununun göstərilməsi üçün deyil, həm də səs təminatının və onlayn ünsiyyətin dəstəklənməsi üçün nəzərdə tutulub. Buna misal olaraq, Tap Sound ilə, Samsung TV-də quraşdırılmış səs gücləndiriciləri vasitəsilə musiqi yayımlaya bilərsiniz.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26