Interposta.Info

“YouTube” mobil tətbiqinə çərçivəsiz smartfonlar üçün böyütmə rejimi əlavə edilib

Müxtəlif
 23-10-2017, 20:35     8 569

Çərçivəsiz smartfon istehsalçılarının əksəriyyəti tərəflər nisbəti 18:9 olan qurğular hazırlayırlar. Amma bu, həmişə (xüsusilə 16:9 formatında video izləyərkən) əlverişli deyil. İndi “YouTube” mobil tətbiqində videonu ekranın ölçüsünə uyğun sazlamaq olar.

interposta.info ICTnews-a istinadən xəbər verir ki, “YouTube” mobil tətbiqinin son yeniləməsi xüsusi olaraq “Pixel 2 XL” üçün çıxarılıb. “Google” son yeniləməyə istifadəçilərə izlənilən videonu ekranın ölçülərinə uyğunlaşdırmağa imkan verən yeni imkan əlavə edib.

“Samsung” şirkəti göstərilən çarxların tərəflər nisbətini dəyişmək üçün əməliyyat sisteminə müvafiq funksiyanı əlavə edib. Amma “YouTube” mobil tətbiqinə gəldikdə isə, funksionallıq proqrama tətbiq edilib. Bunun üçün videonu tam ekran rejimində izləmək üçün böyütmə jestindən və ya ilkin tərəflər nisbətinə geri dönmək üçün azaltma jestindən istifadə etmək lazımdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26