Interposta.Info

Şəkil üzrə xəstəliyi müəyyənləşdirən yeni mobil proqram yaradılıb

Müxtəlif
 22-11-2017, 22:23     6 034

“Apple” korporasiyasının rəhbəri Tim Kuk bu yaxınlarda müsahibə zamanı yeni “VisualDx” proqramı haqda məlumat verib. Alimlər bu proqramı mühəndis və proqramçılarla birgə yaradıblar. “VisualDx” proqramı şəkil üzrə xəstəliyi müəyyən edir. İndi mobil proqram həkimlər tərəfindən yoxlanılır, amma istənilən şəxs bu proqramı pulsuz yükləyə bilər.

interposta.info ICTnews-a istinadən xəbər verir ki, “VisualDx” mobil proqramı müasir kompüter təlimi texnologiyasından istifadə edir. Sözügedən proqram insanın dərisinin vəziyyətini və xəstəliyi müəyyənləşdirmək qabiliyyətinə malikdir.

“VisualDx” proqramı hələlik yalnız həkimlər tərəfindən istifadə olunur. Onlar bu proqramı sınaqdan keçirirlər. Ancaq indi istənilən şəxs sözügedən mobil tətbiqi “Google Play” və ya “AppStore” proqramlar mağazasından yükləyə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26