Interposta.Info

“YouTube”un mobil proqramında yeni funksiya istifadəyə veriləcək

Müxtəlif
 20-11-2017, 19:17     8 787

“YouTube” servisinin mobil proqramının yeni versiyasının araşdırılması zamanı maraqlı detal ortalığa çıxıb: “Google”un mühəndisləri mobil proqramda qara rəngli interfeysin tətbiqinə hazırlaşırlar. Qara rəng çalarlarından istifadəyə əsaslanan tərtibat qaranlıqda “YouTube” servisində video izləməyi daha komfort edəcək. Bu yenilik “OLED” displeyi ilə təchiz edilmiş mobil qurğuların sahibləri tərəfindən xüsusilə qiymətləndiriləcək, çünki qara rəngin göstərilməsi elektrik enerjisi sərf etmir.

interposta.info ICTnews-a istinadən bildirir ki, qara rəngli interfeys çoxdan “YouTube”un masaüstü versiyasının istifadəçilərinə əlçatandır və indi mobil qurğular üçün hazırlanır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26