Interposta.Info

Samsung Smart View – bir toxunuşla bütün cihazlarınızı idarə edin

Müxtəlif
 9-11-2017, 10:44     10 081

Alimlər qeyd edir ki, həyatımızın otuz gününü televizor pultunun axtarışına sərf edirik. Çox güman ki, hər kəsin ağlına belə bir fikir gəlib: “Kaş ki, itirdiyimiz pultu zəng edərək tapa biləydik!” Samsung Smart View əlavəsi ilə siz tam mənası ilə bunu etməyə qadirsiniz. Bu proqram sayəsində siz asanlıqla mobil cihazınız və kompüterinizdə olan məlumatlara Samsung Smart TV televizorunda baxa bilər, televizorunuzu smartfon vasitəsi ilə idarə edə bilərsiniz. Smart View əlavəsini yükləyərək siz asanlıqla kanallar arasında seçim edə və uzaqdan idarəetmə pultu ilə yerinə yetirməyə adət etdiyiniz əməliyyatları həyata keçirə bilərsiniz.

Lakin əlavə bununla kifayətlənməyərək, mobil cihazı televizora qoşmaqla videoçarxlar, təsvirlər və ya musiqi parçalarını seçərək burada canlandırmaq imkanı yaradır. Smart View əlavəsinin interfeysi uzaqdan idarəetmə pultunu xatırladır, onunla Smart TV-nizi idarə etmək çox rahat və asandır. Həmçinin, bu proqram vasitəsi ilə siz internet çıxışından istifadə edə bilərsininiz ki, bunun üçün smartfonunuzda yerləşən xüsusi klaviatura vasitəsi ilə brauzer sətrinə elektron ünvanı qeyd etmək yetərlidir. Oyun dünyasına rahat qoşulmanız üçün isə Samsung Smart View əlavəsində aparıcı markaların istehsal etdiyi “gamepad”-dan heçdə geri qalmayan virtual oyun pultu nəzərdə tutulub.

Adətən, televizora həm kompüteri, həm də smartfonu qoşmaq üçün ayrı-ayrılıqda bir neçə əlavə axtarmaq məcburiyyətində qalırdıq. Müxtəlif platformalar üzərində işləyən və müxtəlif sistem tələbləri olan bu proqramların istifadəsi çox çətin olurdu, bəzi hallarda isə nə qədər çalışmağımızdan asılı olmayaraq, cihazlar arasında qoşulma yaratmaq mümkün olmurdu. Samsung Smart View əlavəsinin əsas müsbət cəhətlərindən biri də odur ki, istehsalçı öncədən hər bir sistem istifadəçisi haqda düşünərək əlavənin həm Android, IOS, həm də Windows platformaları üzərində işləyən versiyalarını yaradıb. Hər bir versiyanı aşağıda qeyd edilən rəsmi linkə keçid alaraq yükləmək olar:

• Andriod: https://goo.gl/pJykvC
• IOS: https://goo.gl/2cWdnw
• Windows: https://goo.gl/dO7PFW

Beləliklə, bu proqramı həm smarfonlarda, həm də kompüterlərdə istifadə etmək olar. Smart View əlavəsinin köməyilə siz nəinki ayrıca faylları, hətta bütöv bir qovluğu televizorunuza rahatlıqla köçürərək, burada onları bir toxunuşla canlandıra bilərsiniz.

Əlavənin istifadəsi çox asandır. Bunun üçün Siz ardıcıl olaraq 3 sadə addımı yerinə yetirməlisiniz:

1) Televizor və smartfonu (və ya kompüteri) bir şəbəkəyə qoşun.
2) Samsung Smart View əlavəsini yuxarıda qeyd olunan rəsmi linklərə keçid alaraq, yükləyin.
3) Proqramı aktivləşdirin və tənzimləyin.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Smart View əlavəsini 2011-ci ildən sonra buraxılan Samsung Smart TV modelləri dəstəkləyir. Həmçinin, proqramı dəstəkləyən cihazların siyahısı regiondan da asılıdır.

Samsung Smart TV televizorları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az, Music Gallery, Optimal və Soliton mağazalar şəbəkəsindən əldə etmək olar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26