Interposta.Info

Dislay Mate: “Galaxy Note 8 – yeni smartfonlar arasında ən yaxşı displeyə malikdir”

Müxtəlif
 28-10-2017, 13:05     10 360

23 avqust tarixində Nyu York şəhərində keçirilən təqdimatdan sonra Galaxy Note 8-in bizi hələ çox heyrətləndirəcəyi aydın oldu.

Yeni smartfonda 12 MP-lik ikili modullu əsas kamera quraşdırılıb. Frontal kamera isə 8 MP icazəlidir.

Burada panorama, “slow motion” və “Life focus” kimi bir çox çəkiliş rejimləri təmin edilir. Smartfonun hazırlanmasında Galaxy S 8-in uğurlu dizaynından istifadə olunub.

Belə ki, ön və arxa hissələr möhkəmləndirilimiş şüşə ilə örtülmüş korpus, yan tərəflərdən alüminium haşiyəyə alınmışdır.

S Pen stilusundan istifadəni təmin etmək üçün bütün Note seriyasının displey quruluşuna dizayndan daha çox üstünlük verilməsi tendensiyası izlənir və Note 8 də istisna deyil.

Üst və alt çərçivəsi cəmi 7mm olan və minimal yan çərçivələrlə haşiyəyə alınmış “sərhədsiz displey” korpusun ön hissəsinin 82,98% tutur.

Buna baxmayaraq istifadə zamanı təsadüfən basılma halları yaşanmır və smartfon əlinizə rahat şəkildə yerləşir. Qövsvari Super AMOLED ekrana daha yaxından nəzər yetirək. LC (Maye-Kristal) panellərinin keyfiyyətini qiymətləndirən DisplayMate tədqiqat şirkəti Galaxy Note 8-i “Smartfon bazarının ən yaxşı displeyi” titulu ilə mükafatlandırıb.

Ekspertlər Samsung-un yeni cihazının displeyini təkcə “heyrətamiz” adlandırmaqla kifayətlənməyərək, ona qiymətləndirmə tarixində ilk dəfə olaraq A+ reytinqini tətbiq ediblər.

Bu bir smartfonun indiyə qədər layiq görüldüyü ən yüksək reytinqdir. Qeyd edək ki, Samsung şirkətinin istehsal etdiyi ekranlar artıq bir neçə ildir ki ən yüksək qiymətləndirmə ilə təltif edilirlər.

Buna misal olaraq, bu ilin yaz aylarında Galaxy S8 ən yaxşı OLED paneli ilə təchiz olunmuş smartfon seçilmişdir. Galaxy Note 8-in üstünlüyü ekran parlaqlığını əvvəlki modellərdən 22% daha çox artırmağa imkan yaradan funksiyasının olmasıdır.

Automatic Brightness (parlaqlığın avtomatik tənzimlənəsi), funksiyası sayəsində isə maksimal parlaqlıq dərəcəsi daha da yüksək ola bilər. Galaxy Note 8-də rənglər daha canlı, onların ötürülməsi isə daha dəqiqdir.

Həmçinin, Display Mate, təsvirlərin işlənməsi çipində yaxşılaşdırmaları, enerji sərfiyyatına qənaət rejimini və cihazın işləmə gücünün artmasını da qeyd edib.

6.3" diaqonallı Galaxy Note 8 displeyi – innovasiyaların dizaynda təcəssümüdür. O, Galaxy Note smartfonlar xəttinin tarixində ən böyük ekrana malikdir. 2960х1440 icazəli, 522 pikselli displeydə film izləməklə seyrdən zövq alın.

Horizontal rejimdə istifadə zamanı displey 14% daha genişdir, bu ekran görüntüsünü olduqca real ifadə edərək, seyri dolğun və tam edir . 18.5:9 nisbətli “Sərhədsiz” panel bir neçə əlavədən eyni anda yararlanmaq üçün çox rahatdır.

App Pairing ilə isə bir yerdə işləyən proqramları bir toxunuşla aktiv etmək olar. Həmçinin, istifadəçilər Always On Display funksiyasında da yararlana bilərlər ki, bu funksiyanın köməyi ilə blok ekranında sizə lazım olan məlumat görünür.

Sosial şəbəkələrdə xəbər lentini gözdən keçirirsiniz və ya kulinar reseptini qeyd edirsiniz? “ “Sərhədsiz” displeyi sayəsində Galaxy Note 8 sizə iş həyatınızı daha rahat və asudə vaxtınızın daha əyləncəli keçməsi üçün tam şərait yaradır.

Samsung Galaxy Note 8 smartfonu haqqında əlavə məlumatı Baku Electonics, İrşad Electronics, Kontakt Home, Maxi.az və Soliton mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26