Interposta.Info

"Mançester Yunayted"dən Premyer Liqada unikal rekord: 500 oyunda...

İdman
 27-11-2023, 09:53     21 869


İngiltərə Premyer Liqasının XIII turunun matçında "Everton”u 3:0 hesabı ilə məğlub edən "Mançester Yunayted” bu qələbə sayəsində çempionatda unikal nailiyyətə imza atıb. 
Qaynarinfo xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqada liqada 500 matçda qapısını toxunulmaz saxlayan ilk klub olub. 

Bu göstəricidə ikinci yerdə "Çelsi” (476) qərarlaşıb. "Liverpul” isə üçüncü yeri tutur (460).

Qeyd edək ki, Mançester klubu 24 xalla İngiltərə çempionatının turnir cədvəlində 6-cı yerdə qərarlaşıb. Eyni zamanda, Erik ten Haqın komandası son 6 oyunun 5-də qələbə qazanıb. Komanda bu müddətdə yeganə məğlubiyyəti digər Mançester klubundan - Premyer Liqada 13 oyundan sonra 29 xalla turnir cədvəlində ikinci yeri tutan "Mançester Siti"dən alıb. Turnir cədvəlinə 30 xalla "Arsenal" başçılı edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26