Interposta.Info

“Mançester Siti” İngiltərə çempionu oldu (FOTO/VİDEO)

İdman
 11-05-2021, 23:36     593

"Mançester Siti” 2020/21-ci illər mövsümünün Premyer Liqa çempionu olub.

Sports.ru xəbər verir ki, "şəhərlilər” turnirin 36-cı turunda ən yaxın rəqibləri "Mançester Yunayted”in "Lester”ə öz meydanında 1:2 hesabıyla məğlub olmasından sonra çempionluqlarını rəsmiləşdirib. Belə ki, sona üç tur qalmış rəqiblər arasındakı xal fərqi 10-a yüksəlib.

Qeyd edək ki, Pep Qvardiolanın yetirmələri sayca beşinci dəfə bu titulu qazanıb. Bununla da, "Mançester Siti” çempionluq sayına görə "Çelsi” ilə bərabərləşib.

Premyer Liqa tarixində ən çox qazanan klub isə məhz "Mançester Yunayted” olub. Klub 13 dəfə Premyer Liqa çempionu tituluna yiyələnib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26