Interposta.Info

İngiltərə Premyer Liqasında lider dəyişib

İdman
 7-02-2019, 09:02     10 570

Futbol üzrə İngiltərə Premyer Liqasının 27-ci turunda "Everton" "Mançester Siti"ni qəbul edib.

“Report” xəbər verir ki, Liverpulun "Qudison Park" stadionunda baş tutan görüş 2:0 hesabı ilə "şəhərlilər"in xeyrinə başa çatıb.

"Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 62-yə çatdırıb və turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Ehtiyatda bir oyunu olan "Liverpul" isə lider kürsüsünü tərk edərək ikinci pilləyə enib. "Everton" 33 xalla 9-cu yerdə qərarlaşıb.

İngiltərə Premyer Liqası. 27-ci tur

"Everton" – "Mançester Siti" - 0:2

Qollar: 0:1 – Laport – 45+2, 0:2 – Jezus – 90+7

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26