Interposta.Info

Dünya çempionatının bombardiri üçün mövsüm erkən başa çatıb

İdman
 12-04-2019, 12:14     10 685

İngiltərə milli komandasının və "Tottenhem" klubunun futbolçusu Harri Keyn üç ay müddətinə sıradan çıxıb.

"Report"un "The Telegraph" nəşrinə istinadən verdiyi məlumata görə, 25 yaşlı hücumçu Çempionlar Liqasında "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ilk 1/4 final matçında sol ayaq topuğunun yan bağlarından xəsarət alıb. O, mövsümün qalan hissəsini buraxmalı olacaq. Keyn UEFA Millətlər Liqasının final mərhələsində də iştirak etməyəcək.

"Tottenhem"in yetirməsi sayılan Keyn bu mövsüm İngiltərə Premyer Liqasındakı 28 matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda London təmsilçisi Premyer Liqada 32 oyundan 64 xalla 4-cü pillədə qərarlaşıb. "Mançester Siti" və "Tottenhem" arasında cavab görüşü aprelin 17-də "Etihad" stadionunda keçiriləcək.

Qeyd edək ki, Harri Keyn Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatında 6 qolla bombardir olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26