Interposta.Info

Messi Çempionlar Liqasındakı favoritlərini açıqladı

İdman
 25-11-2017, 13:59     10 530

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasında favorit hesab etdiyi klubların adlarını açıqlayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu bu mövsüm "Mançester Siti" və PSJ-nin ÇL-in kubokunu qazanmağa əsas namizəd olduğunu deyib:

"Mançester Siti" və PSJ hal-hazırda ən güclü komandalarda biridir. Onlar turnirdəki 5 oyunda da qalib gəliblər. Bu iki klub Çempionlar Liqasının favoritdir. Düzdür "Real" hazırda gözənilən nəticələri qazanmır, ancaq yenə də onları da unutmaq olmaz. "Real" bu mövsüm də bütün kuboklar uğrunda mübarizə aparacaq. "Bavariya" da güclü komandadır. Ancaq hal-hazırda ən güclüləri "Mançester Siti" və PSJ-dir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26