Interposta.Info

Hacı Xaliq Bəşərin yaradıcılıq gecəsi keçirilib - FOTOLAR

Manşet / Paradoks
 Dünən, 12:16     118

Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin rəhbəri, Hüquq Elmləri Doktoru, Professor Hacı Xaliq Bəşərin yaradıcılıq gecəsi keçirilib.
Goldmedia.az xəbər verir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən gecədə incəsənət və mədəniyyət nümayəndələri, ictimai fəallar və ziyalılar iştirak edib.
Tədbir iştirakçıları çıxışlarında hüquq elmləri doktoru Hacı Xaliq Bəşərin bədii yaradıcılığına toxunaraq onun yaratdığı obrazlarda, əsərlərinin süjet xəttində insan aliliyinin, ədalətin, milli-mənəvi dəyərlərə bağlılığın prioritet olduğunu vurğulayıblar.
Yaradıcılıq gecəsi müxtəlif təbəqələrdən olan tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, türk dünyasının ən gənc hüquq elmlər doktoru Hacı Xaliq Bəşər dövlət qulluqçusu olmaqla yanaşı, Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin təsisçisi və sədri, eyni zamanda Müstəqil Hüquqşünaslar Liqasının sədri və Beynəlxalq hüquq müdafiəsiçi kimi elmi-pedoqoji, ictimai-siyasi fəaliyyətini davam etdirir.
Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26