Interposta.Info

Sumqayıtlı məzun 679,1 bal topladı – gələcəyin həkimi olmağa namizəddir

Gündəm
 Dünən, 16:58     17

Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tahirzadə Amin Pərviz oğlu 2026-cı il bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarında yüksək nəticə göstərərək 679,1 bal toplayıb.

İkiqat biologiya olimpiadası qalibi olan Amin Tahirzadə buraxılış imtahanında 295, qəbul imtahanında isə 384,1 bal əldə edib. Bununla da onun ümumi nəticəsi 679,1 bal təşkil edib.

Yüksək nəticəsi ilə gələcəyin həkimləri sırasında yer almağa namizəd olan Amin Tahirzadə qazandığı uğurla həm müəllimlərinin, həm də yaxınlarının qürur mənbəyinə çevrilib.

Amin Tahirzadəni əldə etdiyi bu uğur münasibətilə təbrik edir, gələcək təhsil həyatında yeni nailiyyətlər arzulayırıq.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26