"Zirə" Konfrans Liqasına darmadağınla başladı (YENİLƏNİB)
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandasını qəbul edib.
Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
Konfrans Liqası
I təsnifat mərhələsi
İlk oyun
8 iyul
Zirə (Azərbaycan) - Torpedo (Kutaisi, Gürcüstan) 3:0
Qollar: Ruan Renato, 32; 64-pen. Davit Volkov, 47.
Zirə: 13 Aydın Bayramov, 2 Amin Seydiyev, 4 Ruan Renato, 5 Mutsinzi Anje, 7 Eren Aydın, 9 Davit Volkov, 10 George Papunaşvili, 11 Martins Junior, 17 Vieyra, 32 Qismət Aliyev (k), 93 Brahim Konate.
Ehtiyat oyunçular: 72 Hüseynəli, 99 Səlim Həşimov, 6 Hacıağa Hacılı, 8 İsmayıl İbrahimli, 14 Elçin Əlicanov, 22 Ayxan Hüseynov, 20 İssa Cibrilla, 29 Krisdiqbeu, 48 Ramiz Muradov, 57 Yusif Hacıyev, 70 Namik Ələskərov, 77 Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov
Torpedo: 1 Qoşadze, 15 Kuprava, 4 Şimiç, 16 Mane, 6 Şerif, 14 Felipe Pires, 7 Mamuçaşvili (k), 22 Bukia, 39 Pinson, 9 Andriç, 11 Arabidze.
Ehtiyat oyunçular: 31 Klyayiç, 38 Kopaliani, 3 Rikardo Araujo, 5 Nadaraia, 20 Skorup, 24 Latsabidze, 29 Çitaişvili, 30 Antia, 33 Stamatov, 35 Deisadze, 36 Pridonişvili.
Baş məşqçi: Dirk Şuster.
Baş hakim: Yoni Hyuyutiya, Veli-Matti Leppenen, Yusso Mantere (Finlandiya).
Dördüncü hakim: Peyman Simani (Finlandiya).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


