Interposta.Info

Rövşən Rüstəmovdan daha bir təyinat (FOTO)

Ölkə
 Bu gün, 12:14     82


"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində daha bir yeni təyinat olub.

Goldmedia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ADY sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Sədrin əmri ilə Rəşad Ağayev qurumun Hərəkət vasitələrinin təmiri departamentinin baş iqtisadçısı vəzifəsindən azad edilərək İnnovativ həllər şöbəsinin müdir müavini təyin olunub.

R.Ağayev 2017-ci ildən ADY-də müxtəlif vəzifələrdə çalışır.

Xatırladaq ki, bir neçə gün öncə ADY-də daha bir təyinat olub. QSC sədri Rövşən Rüstəmovun əmri ilə Ülvi Ağayev ADY-nin Müqavilə şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Sifariş mərkəzi şöbəsinin müdiri təyin edilib.

Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26