Interposta.Info


Monakoda ukraynalı oliqarxa sui-qəsd edən qadının meyiti Kiyevdə tapıldı

Dünya
 Bu gün, 12:48     97

Monakoda sanksiyaya məruz qalmış ukraynalı iş adamı Vadim Yermolayevə qarşı həyata keçirilən sui-qəsd cəhdində şübhəli bilinən qadının meyiti Kiyev yaxınlığında aşkarlanıb.
Goldmedia.az "Ukrainska Pravda"ya istinadən məlumatına görə, hadisə ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, qadının meyiti iyulun 6-da, saat 23:00 radələrində torpağa basdırılmış vəziyyətdə tapılıb.
Mənbələrin sözlərinə görə, qadın odlu silahla öldürülüb. Bildirilir ki, o, 2025-ci il martın 22-dən 2026-cı il iyulun 1-dək Ukrayna hüdudlarından kənarda olub.
Hüquq-mühafizə orqanlarındakı digər mənbənin məlumatına əsasən, cinayət işi çərçivəsində iki nəfər saxlanılıb. Onlardan biri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin fəaliyyətdə olan zabiti, digəri isə keçmiş hüquq-mühafizə orqanı əməkdaşıdır.
Xatırladaq ki, iyunun 29-da Monakoda baş vermiş partlayış nəticəsində azı üç nəfər yaralanmışdı. Yaralananlar arasında sanksiyaya məruz qalmış ukraynalı iş adamı Vadim Yermolayev də olub. Onun yanında olan qadın isə ağır xəsarətlər alıb.
İyulun 3-də İnterpol Monakoda partlayıcı qurğu yerləşdirməkdə şübhəli bilinən Ukrayna vətəndaşı Anastasiya Berezovskayanın beynəlxalq axtarışa verildiyini rəsmən elan edib. İstintaqın versiyasına görə, partlayış nəticəsində Vadim Yermolayev və ailə üzvləri yaralanıblar.
İyulun 4-də isə Vadim Yermolayevin komadan ayıldığı və vəziyyətinin müsbət dinamika göstərdiyi bildirilib./qaynarinfo 
Goldmedia.az 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26