Interposta.Info

"Mançester Yunayted" azarkeş rekordu qırdı - 1 milyon

İdman
 7-04-2023, 11:33     422

Premyer Liqa təmsilçisi "Mançester Yunayted" bu mövsüm 1 milyon azarkeşə çatan ilk klub olub.

"İnterPosta"-nın məlumatına görə, Erik Ten Haqla müsbət qrafik cızan "Qırmızı şeytanlar"a bu mövsüm azarkeşlər ötən illərlə müqayisədə daha çox maraq göstərirlər. 76 min tamaşaçı tutumuna malik "Old Trafford”da "Mançester Yunayted” bu mövsüm tamaşaçı sayı ilə rekord qırıb.

"Sporting News"un xəbərinə görə, komanda bu mövsüm Premyer Liqada 1 milyon tamaşaçı həddini keçən ilk komanda olub. "Mançester Yunayted”dən sonra ən çox tamaşaçı toplayan klublar aşağıdakılardır.\qaynarinfo

"Vest Hem" - 936 874 tamaşaçı
"Arsenal" - 903 073 tamaşaçı
"Tottenhem" - 863 151 tamaşaçı
"Mançester Siti" - 744 720 tamaşaçı
"Nyukasl" - 731 395 tamaşaçı
"Liverpul" - 691 946 tamaşaçı
"Çelsi" - 599 824 tamaşaçı

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26