Interposta.Info

Neymar tansfer olunur -

İdman
 29-03-2017, 11:31     768

"Mançester Yunayted" və "Çelsi"nin transfer siyahısının ilk sırasında "Barselona"nın ulduz futbolçusu Neymar yer alır.

"İndependent" qəzetinin məlumatına görə, "qırmızı şeytanlar" braziliyalı oyunçunun "Barselona" ilə müqaviləsində nəzərdə tutulan 200 milyon avroluq sərbəst qalma məbləğini ödəməyi planlaşdırır. Gələn mövsüm üçün transfer büdcəsi 300 milyon avro olan "Mançester Yunayted"in "sambaçı" üçün danışıqlara başladığı bildirilir.

Qeyd edilir ki, digər bir ingilis klubu "Çelsi" də forvardın sərbəst qalma məbləğini ödəməyə hazırdı. Əgər son Olimpiya çempionu "Mançester Yunayted" və "Çelsi" klublarından birinə transfer olarsa, ildə 25 milyon avro qazanacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26