Interposta.Info

“Barselona” 35 milyon avroluq qapıçı transfer edir

İdman
 11-05-2019, 14:29     10 430

İspaniyanın “Barselona” klubu yeni qapıçı transfer etməyi qərara alıb.

Kataloniyalılar “Betis”in futbolçusu Pau Lopesi heyətinə qatacaq.

Yeni qolkiper Yasper Silesseni əvəz etməli və ikinci qapıçı olmalıdır. “Barselona” sevilyalılara P.Lopes üçün 35 milyon avro ödəyəcək.

Keçid barədə razılıq əldə edildiyi bildirilsə də, transfer İspaniya kubokunun mayın 25-də keçiriləcək final oyunundan sonra rəsmən təqdim olunacaq.

Qeyd edək ki, “Barselona”dan ayrılacağı dəqiqləşən Y.Silessen Portuqaliyanın “Benfika” klubuna keçməyə yaxındır./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26