Interposta.Info

Ardaya şok təklif:

İdman
 3-02-2017, 09:11     997

Ardaya şok təklif:
İspaniyanın "Barselona" komandasının və Türkiyə millisinin üzvü Arda Turana Çindən növbəti dəfə rekord məbləğdə transfer təklifi edilib.

Axar.az xəbər verir ki, Çin futbol komandalarından biri 30 yaşlı türkiyəli oyunçuya 4 illik müqavilə üçün 100 milyon avro ödəməyə hazır olduğunu bəyan edib.

A.Turanın menecerinin gələn həftə Çinə gedərək Arda üçün edilən təklifin detallarını müzakirə edəcəyi qeyd edilib.

Ardanın "Barselona"dan transfer edilməsi üçün isə müqavilədə 125 milyon avro tələbi var. Çin klubu bu məbləği 100 milyona endirməyə çalışır. Əgər Arda Turan 125 milyon avroya Çin klubuna gedərsə, dünyanın ən bahalı transferi kimi tarixə düşəcək.

Qeyd edək ki, 2015-ci ildə "Atletiko Madrid"dən "Barselona"ya 41 milyon avroya transfer edilən Arda Turan ispan klubunda ilinə 8 milyon avro qazanır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26