Interposta.Info

Türkiyənin gözlədiyi transfer-

İdman
 3-06-2017, 07:30     687

Türkiyənin ən bahalı futbolçusu, “Barselona”klubunda çıxış edən Arda Turan yenidən doğma klubu “Qalatasaray”a qayıda bilər.

Moderator.az türk mediasına istinadən xəbər verir ki, ispan klubunun yeni baş məşqçisinin qara siyahısında olan Ardanın “Barselona”da qalması müşkül görünür. Kataloniya klubundan ayrılacaq əsas futbolçulardan olan Arda Turanın Çinin “Beijinq” komandasına getməsi əsas variant olsa da, mütəxəssislər başqa cür düşünür. “Qalatasaray”ın prezidenti Dursun Özbək son dönəmlə mütəmadi olaraq Arda Turan və meneceri ilə əlaqə saxlayır, bəzi işgözar söhbətlər edirlər. Bunu Dursun Özbəyin özü də təsdiqləyib. Hətta Türkiyə yığma komandasının son rəsmi qarşılaşmasından sonra Dursun Özbəklə Arda Turan konret müqavilə barəsində də danışıblar. Şifahi razılaşmaya əsasən, “Barselona” Arda Turanı icarəyə versə, futbolçunun gedəcəyi yeganə klub “Qalatasaray” olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26