Interposta.Info

Arda Turan milli yığma karyerasını

İdman
 6-06-2017, 20:19     764

Türkiyə millisi və Barselona klubunun yarımmüdafiəçisi Arda Turan milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Turan bu gün jurnalist Bilal Meşeyə təyyarədə hücum etməsi ilə bağlı yaranan qalmaqaldan sonra bu qərarı verdiyini bildirib.

Arda Turan bu günkü mətbuat konfransında etdiyi əməldən peşman olmadığını da açıqlayıb. O, özünü quş kimi yüngül hiss etdiyini söyləyib.

Xatırladaq ki, Arda bu gün "Milliyet" qəzetinin yazarı Bilal Meşeyə milli komandanın olduğu təyyarədə hücum çəkərək, onu ağır sözlərlə təhqir edib, habelə onun boğazından yapışıb.

Bilal Meşe mətbuata verdiyi açıqlamda Arda haqqında xüsusi ittiham qaydasında şikayət verəcəyini açıqlayıb.

Qeyd edək ki, Bilal Meşenin çalışdığı "Milliyet" qəzetinin sahibi Türkiyə Futbol Federasiyasının prezdienti Yıldırım Demirörendir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26