Interposta.Info

"Ardanı milliyə qaytarmağa çalışacam" -

İdman
 4-08-2017, 21:36     10 497

Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku Arda Turan barədə açıqlama verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, millidəki karyerasını başa vuran 30 yaşlı yarımmüdafiəçinin qərarını dəyişdirməsinə çalışacaq:

"Millinin Ardaya, Ardanın da yığmaya ehtiyacı var. Arda ilə görüşəcəm və ona zəng edəcəm. Ümid edirəm ki, Ardanı yığmaya qayıtmağa razı salacam".

Qeyd edək ki, A. Turan Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. Bundan sonra o, yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26