Interposta.Info

"Mançester Yunayted"

İdman
 25-05-2017, 09:50     620

Avroliqada 2016/2017 mövsümünə yekun vurulub.

interposta.info
xəbər verir ki, teleqraf.com-un məlumatına görə, bu gün qitənin ikinci dərəcəli klub turnirində final görüşü keçirilib.

Stokholmdakı həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib. Görüş Joze Mourinyonun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Amsterdam klubu 21 ildən sonra avrokuboklarda final həyəcanı yaşayacaq.

Daha əvvəl UEFA kuboku, hazırda isə Avroliqa adlanan yarışda “Ayaks” yalnız 1992-ci ildə final oynayıb və həmin vaxt səfər qolu sayəsində (2:2 və 0:0) “Torino”nu üstələməklə kuboku qazanıb.

“Mançester Yunayted” isə sonuncu dəfə ÇL-də 6 il əvvəl final oynayıb və uduzub. “Qırmızı şeytanlar” bu gün tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşayacaq.

Qeyd edək ki, “Mançester Yunayted” qalib gələcəyi təqdirdə, növbəti mövsüm ÇL-də oynamaq hüququ qazanacaq. “Ayaks” isə uduzacağı halda da Hollandiya çempionatının gümüş mükafatçısı kimi ÇL-ə qatılacaq.

Avroliqa

FİNAL

24 may

22:45 “Ayaks” (Hollandiya) - “Mançester Yunayted” (İngiltərə) - 0:2

Qollar: Poqba, 18, Mxitaryan, 48
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm. “Friends Arena”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26