Interposta.Info

1 milyon tamaşaçı tutumuna malik stadion harada tikilə bilər?

İdman
 2-03-2023, 14:33     366

Stadionlar öz ölçüləri və möhtəşəmliyi ilə həmişə tamaşaçıların diqqətini cəlb edib.

"İnterPosta"xəbər verir ki, indiyə qədər tikilmiş ən böyük tutumlu stadion Şimali Koreyanın Pxenyan şəhərindəki "Rungrado May" stadionudur. Həmin stadion 150.000 tamaşaçı tutumuna malikdir.

Amerikalı heykəltaraş-rəssam Paul Pfaiffer isə tikilməsi qeyri-mümkün görünən bir stadion dizayn edib. Onun dizayn etdiyi stadion tamaşaçı tutumu ilə diqqət çəkib. Hələ ki, kağız üzərində layihə kimi təqdim edilən qurğunun tamaşaçı tutumu 1 milyon nəfərdir.

Heykəltaraş dizaynı 2020-ci ildə tamamlasa da yalnız son vaxtlar sosial mediada insanların diqqətini çəkib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26