Interposta.Info

İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçular müəyyənləşdi

İdman
 31-03-2023, 19:15     527

İngiltərə Premyer Liqası yüksək maaş büdcəsi ilə göz qamaşdırır.

"İnterPosta"xəbər verir ki, Fransanın məşhur "L'Equipe" nəşri dünyanın ən yaxşı çempionatı kimi göstərilən Premyer Liqada bəzi futbolçulara verilən məvaciblərin məbləğini açıqlayıb.

Siyahının ilk pilləsində "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne yer alıb. Belçikalı ulduzun həftədə 425 min funt-sterlinq qazandığı bildirilib. İkinci yerdə onun komanda yoldaşı Erlinq Haland və "Mançester Yunayted”in qapıçısı David de Xea gəlir. Hər iki oyunçunun həftəlik qazancı 402,250 funt-sterlinqdir.

Siyahının üçüncü pilləsində də iki futbolçu yer alıb. Bunlar "Liverpul”dan Məhəmməd Salah və hələ ki, "Mançester Yunayted”də gözlənilən performansı göstərməyən Ceydon Sançodur. Bu futbolçular da həftədə 373 min 450 funt-sterlinq qazanır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26