Interposta.Info

Daha bir ölkə DÇ-2018-ə vəsiqə qazandı

İdman
 11-11-2017, 12:59     10 440

Afrika seçmə mərhələsinin D qrupunda yer alan Seneqal yığması səfərdə CAR komandasına qalib gələrək 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.

interposta.info-ın xəbərinə görə, qarşılaşma 0:2 hesabı ilə başa çatıb.

Seneqalın heyətində Diafra Saho (12-ci dəqiqə) fərqlənib. Daha bir qolu isə 38-ci dəqiqədə Tomsanka Mxize öz qapısına vurub.

Beş turdan sonra Seneqal millisi 11 xalla qrupa liderlik edir və ikinci yerdə qərarlaşan Kabo-Verde və Burkina-Faso komandalarını 5 xal qabaqlayır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26