Millimizdən ardıcıl 4-cü məğlubiyyət

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Axar.az xəbər verir ki, millimiz seçmə mərhələdəki yeddinci oyununda səfərdə Norveç yığması ilə qarşılaşır.
***
Oyunun 32-ci dəqiqəsində Norveç yığmasının hücumçusu Kinq penalti zərbəsindən hesabı açdı.
***
DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveç yığması ilə qarşılaşan Azərbaycan millisi növbəti məğlubiyyətini yaşayıb. Oyun 2-0 hesabı ilə başa çatıb. Bununla da Azərbaycan millisi 4-cü dəfə məğlub olaraq 5-ci pilləyə düşüb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26