Interposta.Info

Millimiz San Marino komandasını darmadağın etdi - 5:1

İdman
 5-09-2017, 00:01     7 589

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilir.

Musavat.com xəbər verir ki, VIII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq. Bu gün ilk olaraq Azərbaycan millisi San Marino yığması ilə qarşılaşıb.

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq üçün bu matçda əlindən gələni ediblər.

Komandamız cırtdan ölkə təmsilçisi üzərində 5-1 hesablı qələbə qazanaraq, tarixinin rekorduna imza atıb. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca dörd dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyub.

5-1 hesablı qələbə, millimizə birdən birə 3-cü sıraya yüksəlmək şansı qazandırıb. Belə ki, bizimlə eyni xala malik olan Norveç yığması qrup lideri Almaniya ilə, üçüncü pillənin hazırkı sahibi Çexiya isə ikincilik üçün savaşan Şimali İrlandiya ilə qarşılaşdığından bu irəliləyişin reallaşması ehtima

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26