Azərbaycanın voleybol millisi Ukrayna yığmasına qalib gəlib

Voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin E qrupunda bu gün II turun görüşləri keçirilir.
"Report"un məlumatına görə, Azərbaycan milli komandası Ukrayna ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. İlk 2 seti 25:17 hesablı üstünlüklə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu komanda üçüncü setdə ciddi müqavimətlə üzləşsə də, meydanı qalib tərk edib - 25:21.
Qeyd edək ki, bu görüşəcək hər iki komanda ilk turu qələbə ilə başa vurub. Azərbaycan Norveçi, Ukrayna İsraili yenmişdi - 3:0. Ukrayna üzərində qələbə Azərbaycanın qrup qalibi kimi dünya çempionatına vəsiqə şanslarını daha da artırıb. Bu yolda əsas maneə olan Hollandiya millisi də ilk 2 turu qələbə ilə başa vurub. "Narıncılar" əvvəlcə Danimarkanı, ardından Norveçi yenib - 3:0. Tura İsrail - Danimarka matçı ilə yekun vurulacaq.
Dünya çempionatının seçmə mərhələsi
E qrupu
II tur
15:00. Hollandiya – Norveç - 3:0 (25:11, 25:14, 25:13)
Hakimlər: Saşa Stanisiç (İsveçrə), Mixail Temelis (Yunanıstan)
17:30. Ukrayna – Azərbaycan - 0:3 (17:25, 17:25, 21:25)
Hakimlər: Roberto Boris (İtaliya), Bruno Muxa (Xorvatiya)
Qeyd edək ki, III turda Norveç - Ukrayna, Azərbaycan - Danimarka, İsrail - Hollandiya görüşləri keçiriləcək. Hər 3 oyun iyunun 1-də olacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26