Interposta.Info

DÇ-2018: Avropa zonasında təsnifat mərhələsinə yekun vuruldu

İdman
 11-10-2017, 13:30     7 784

Avropa zonasında futbol üzrə dünya çempionatının təsnifat mərhələsinə yekun vurulub.

interposta.info-ın məlumatına görə, son turda A və B qruplarının qalibləri, həmçinin H qrupundan pley-off mərhələsinə vəsiqə qazanan komanda müəyyənləşib.

A qrupunda birinci yeri doğma meydanda Belarusu 2:1 hesabla məğlub edən Fransa millisi tutub. İkinci pillədə Hollandiyanı vurulan qolların sayına görə qabaqlayan İsveç millisi ikinci olub.

B qrupunda son turda İsveçrə üzərində 2:0 qələbə qazanan Portuqaliya yığması qrup birincisi kimi mundiala vəsiqəni təmin edib. İsveçrə isə məğlubiyyətdən sonra ikinci pilləyə düşüb və mübarizəni pley-off mərhələsində davam etdirəcək.

H qrupunda ikinci yeri Gibraltar millisini 4:0 hesabı ilə darmadağın edən Yunanıstan komandası tutub.

Beləliklə, Avropa zonasından DÇ-2018-ə birbaşa vəsiqəni Fransa, Portuqaliya, Almaniya, Serbiya, Polşa, İngiltərə, Belçika və İslandiya yığmaları qazanıblar.

Pley-off mərhələsində isə İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya milliləri mübarizə aparacaqlar. Pley-off mərhələsinin püşkatma mərasimi oktyabrın 17-də keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26