Interposta.Info

"AVRO-2020": Azərbaycan millisinin rəqibləri məyyənləşdi

İdman
 2-12-2018, 17:16     735

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunan mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları seçmə mərhələdə ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda olmaqla 10 qrupa bölünüblər. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.

Azərbaycan millisisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birlikdə E qrupunda mübarizə aparacaq. Bu qrupda 5 komanda olacaq.

A qrupu
İngiltərə
Çexiya
Bolqarıstan
Monteneqro
Kosovo

B qrupu
Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq

C qrupu
Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus

D qrupu
İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq

E qrupu
Xorvatiya
Uels
Slovakiya
Macarıstan
Azərbaycan

F qrupu
İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta

G qrupu
Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya

H qrupu
Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra

I qrupu
Belçika
Rusiya
Şotlandiya
Cənubi Kipr
Qazaxıstan
San Marino

J qrupu
İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan
Lixtenşteyn

"AVRO-2020"nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlayacaq.

1-ci tur: 21 - 23 mart
2-ci tur: 24 - 26 mart
3-cü tur: 7-8 iyun
4-cü tur: 10-11 iyun
5-ci tur: 5 - 7 sentyabr
6-cı tur: 8 - 10 sentyabr
7-ci tur: 10 - 12 oktyabr
8-ci tur: 13 - 15 oktyabr
9-cu tur: 14 - 16 noyabr
10-cu tur: 17 - 19 noyabr

Hər qrupda ilk 2 yeri tutmuş komandalar final mərhələsinə yüksələcəklər. "AVRO-2020"yə son 4 vəsiqəni isə UEFA Millətlər Liqasında qrup qalibləri olan komandalar 4 liqa üzrə müəyyənləşdirəcəklər. Pley-off oyunları 2020-ci il 26 - 28 martda, final qarşılaşmaları isə 29 - 31 martda olacaq.

"AVRO"2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26