Interposta.Info

Avropa Liqasının qrup mərhələsində iştirak edəcək bütün komandalar müəyyənləşib-

İdman
 31-08-2018, 08:42     10 497

2018/2019-cu illər mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək bütün komandalar müəyyənləşib.

"Report" xəbər verir ki, "play-off" mərhələsinin cavab oyunlarından sonra qalan 21 iştirakçı da bəlli olub.

"Qarabağ”la yanaşı Türkiyənin "Beşiktaş” klubu da qrup mərhələsinə düşməyə nail olub.

İstanbul təmsilçisi səfərdə 1:1 hesablı heç-heçə etdiyi Serbiya "Partizan"ını 3:0 hesabı ilə üstələyib.

"Astana" (Qazaxıstan), "Reyncers" (Şotlandiya), AEK (Larnaka, Kipr), "Leyptsiq" (Almaniya), "Kopenhagen" (Danimarka), "Lüdoqorets" (Bolqarıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Düdelanj" (Lüksemburq), "Zenit" (Rusiya), "Apollon" (Kipr), "Sarpsborq" (Norveç), "Malmö" (İsveç), "Beşiktaş" (Türkiyə), "Rusenborq" (Norveç), "Spartak" (Trnava, Slovakiya), "Genk" (Belçika), "Styaua" (Rumıniya), "Olimpiakos" (Yunanıstan), "Bordo" (Fransa), "Seltik" (Şotlandiya) və "Sevilya" (İspaniya) komandaları Avropa Liqasının "play-off” oyunlarından sonra qrup mərhələsinə vəsiqəni təmin edib.

Yarışda iştirak edəcək 48 klubdan 17-si qrup mərhələsinə birbaşa vəsiqə əldə edib. Bunlar "Vilyarreal", "Betis" (hər ikisi İspaniya), "Bayer", "Ayntraxt" (hər ikisi Almaniya), "Çelsi", "Arsenal" (hər ikisi İngiltərə), "Latsio", "Milan" (hər ikisi İtaliya), "Marsel", "Renn" (hər ikisi Fransa), "Krasnodar" (Rusiya), "Sportinq" (Portuqaliya), "Vorskla" (Ukrayna), "Anderlext" (Belçika), "Akhisar" (Türkiyə), "Yablonets" (Çexiya) və "Sürix" (İsveçrə) komandalarıdır.

Çempionlar Liqasının (ÇL) Liqa Yolunun III təsnifat mərhələsində uduzan 4 kollektiv - "Spartak" (Rusiya), "Standard" (Belçika), "Slaviya" (Çexiya) və "Fənərbaxça" (Türkiyə) da Avropa Liqasının qrupuna düşüb.

Bu komandalara ÇL-in "play-off" mərhələsində mübarizəni dayandıran daha 6 komanda qoşulub. Bunlar "Dinamo" (Kiyev, Ukrayna), "Dinamo" (Zaqreb, Xorvatiya), "Videoton” (Macarıstan), BATE (Belarus), PAOK (Yunanıstan) və "Zaltsburq" (Avstriya) kollektivləridir.

Qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq. Yarışın final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası

"Play-off" mərhələsi, cavab oyunları

30 avqust

18:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0 (PENALTİLƏRLƏ - 2:1)

İlk oyun - 0:1

18:00. "Ufa" (Rusiya) - "Reyncers" (Şotlandiya) - 1:1

İlk oyun - 0:1

19:30. AEK (Larnaka, Kipr) - "Trençin" (Slovakiya) - 3:0

İlk oyun - 1:1

20:30. "Leyptsiq" (Almaniya) - "Zarya" (Luqansk, Ukrayna) - 3:2

İlk oyun - 0:0

20:30. "Kopenhagen" (Danimarka) - "Atalanta" (İtaliya) - 0:0 (PENALTİLƏRLƏ - 4:3)

İlk oyun - 0:0

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Torpedo" (Kutaisi, Gürcüstan) - 4:0

İlk oyun - 1:0

21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova) - 3:0

İlk oyun - 0:1

21:00. ÇFR (Kluj, Rumıniya) - "Düdelanj" (Lüksemburq) - 2:3

İlk oyun - 0:2

21:00. "Mölde" (Norveç) - "Zenit" (Rusiya) - 2:1

İlk oyun - 1:3

21:00. "Apollon" (Kipr) - "Bazel" (İsveçrə) - 1:0

İlk oyun - 2:3

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Sarpsborq" (Norveç) - 2:1

İlk oyun - 1:3

21:15. "Mityullann" (Danimarka) - "Malmö" (İsveç) - 0:2

İlk oyun - 2:2

22:00. "Beşiktaş" (Türkiyə) - "Partizan" (Serbiya) - 3:0

İlk oyun - 1:1

22:15. "Şkendiya" (Albaniya) - "Rusenborq" (Norveç) - 0:2

İlk oyun - 1:3

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Olimpiya" (Lyublyana, Sloveniya) - 1:1

İlk oyun - 2:0

22:30. "Bröndbü" (Danimarka) - "Genk" (Belçika) - 2:4

İlk oyun - 2:5

22:30. "Styaua" (Rumıniya) - "Rapid" (Vyana, Avstriya) - 2:1

İlk oyun - 1:3

22:45. "Börnli" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:1

İlk oyun - 1:3

22:45. "Bordo" (Fransa) - "Gent" (Belçika) - 2:0

İlk oyun - 0:0

23:00. "Seltik" (Şotlandiya) - "Suduva" (Litva) - 3:0

İlk oyun - 1:1

23:45. "Sevilya" (İspaniya) - "Siqma" (Çexiya) - 3:0

İlk oyun - 1:0

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26