Interposta.Info

Azərbaycan millisi dünya çempionatı arzusu ilə vidalaşıb

İdman
 2-02-2020, 09:31     441

Azərbaycan milli komandası DÇ-2020-nin elit-raundunda qrup üçüncüsü olmaqla final mərhələsinə vəsiqə uğrunda mübarizəni dayandırıb.

Apasport.az saytının məlumatına görə, bu, oyunları Xorvatiyada təşkil olunan C qrupunun son matçından sonra dəqiqləşib.

Meydan sahibləri ilə görüşən Rusiya yığması təkcə qrupun deyil, mundialın favoritlərindən olduğunu sübut edib. İlk turda Slovakiyanı 7:1 hesabı ilə məğlub etdikdən sonra Azərbaycana 3:4 hesabı ilə uduzan şimallılar Xorvatiyaya qalib gəliblər – 4:3.

Bu qələbə Rusiyanı qrup birincisi kimi birbaşa final mərhələsinə daşıyıb. Xorvatiya 2-ci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.
Joze Alesio da Silvanın baş məşqçisi olduğu Azərbaycan yığması isə 4 xalla 3-cü yeri tutub. Rusiya üzərində qələbədən öncə xorvatiyalılara 0:2 hesabı ilə uduzan komandamız son turda Slovakiya ilə heç-heçə edib – 3:3.

Qeyd edək ki, Rusiya millisi Litvada keçiriləcək final mərhələsində iştirakı dəqiqləşən 3-cü komandadır. Meydan sahibi və şimal qonşularımızdan başqa Okeaniyanın ən güclüsü olan Solomin adaları da mundiala yüksəlib.


1 Rusiya 3 2 0 1 14-86

2 Xorvatiya 3 2 0 1 8-66

3 Azərbaycan 3 1 1 1 7-8 4

4 Slovakiya 3 0 1 2 6-13 1

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26