Interposta.Info

 

Cənubi Afrika prezidentinin təyyarəsi Polşada saxlanıldı - FOTO

Dünya
 16-06-2023, 20:14     206

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın mühafizə üzvlərinin olduğu təyyarə Polşa paytaxtı Varşavada saxlanılıb.

Buna səbəb standart giriş prosedurlarına əməl edilməməsi olub. Təyyarənin göyərtəsində silah ola biləcəyi bildirilib.

Bu barədə Polşa Xarici İşlər Nazirliyi bəyanat verib.

Nazirlikdən verilən məlumata görə, təyyarənin göyərtəsində Cənubi Afrika nümayəndələri tərəfindən ölkə ərazisinə keçirilməsinə icazə verilməyən təhlükəli əşyalar olub. Hazırda məsələnin yoluna qoyulması ilə bağlı bütün prosedurlar həyata keçirilir.

Göyərtəsində yüzə yaxın insanın olduğu təyyarənin cümə günü uçuşu həyata keçirilməlidir. Polşa Sərhəd Mühafizəsindən bildirib ki, Cənubi Afrika prezidenti mühafizəsinin üzvləri könüllü olaraq təyyarənin göyərtəsində qalmağa qərar veriblər.
“Nümayəndə heyəti üzvlərinin üzərilərində silahlar var idi, lakin bu silahların Polşaya gətirilməsinə icazə verilməyib. Onların silahlarını göyərtədə qoyaraq təyyarəni tərk etmək hüquqları var idi”, - deyə Polşa Sərhəd Mühafizə Xidmətinin mətbuat katibi Anna Mixalskaya qeyd edib.\Polska Agencja Prasowa

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26