Polşa Rusiya qırıcısını ələ keçirdi

Polşa qırıcıları Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçiriblər.
Axar.az xəbər verir ki, bu sözləri Polşa Hərbi Hava Qüvvələrinin sözçüsü Marek Kvyatek deyib.
O bildirib ki, hadisə mayın 15-də baş verib:
“F-16 pilotları naməlum təyyarənin uçuşu ilə bağlı həyəcan siqnalı aldılar. Əlaqə yaradılmasına baxmayaraq, naməlum pilot heç bir cavab vermədi. F-16-lar havaya qalxdı və naməlum təyyarənin Rusiyaya məxsus İl-20M olduğu müəyyənləşdi. Həmin təyyarə Kalininqrada uçurdu”.
Qeyd edək ki, məsələ ilə bağlı Rusiya tərəfi açıqlama verməyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26