Interposta.Info

Naməlum uçan aparat Belarusun hava sahəsini işğal etdi

Müxtəlif
 13-04-2021, 18:54     467

12 aprel tarixində naməlum bir hava vasitəsi Belarus hava sərhədini pozub.

"İnterPosta" xəbər verir ki, bu haqda Belarus Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, aparat Polşa tərəfdən hərəkət edib.

Aparatın sonda Polşa ərazisinə qayıtmasına baxmayaraq, aprelin 13-də Polşa səfirliyindəki müdafiə attaşesi Belarus Müdafiə İdarəsinə çağrılıb. Ona bu faktla bağlı icraat aparmağın zəruriliyi izah edilib. Nəticələr Belarus tərəfinə bildirilməlidir.

Bundan əvvəl, ukraynalı politoloq Aleksandr Koçetkov Belarusun ərazisindən keçərək Rusiyanın Ukraynaya hücumunun mümkünlüyü barədə fərziyyə yürütmüşdü. Onun sözlərinə görə, bu ölkə Krımı Rusiyanın ərazisi kimi tanımasa da, Ukrayna kimi də tanımır. Eyni zamanda, Rusiyadan Belarus üzərindən birbaşa hərbi təhlükə həddən artıq ciddi dəyərləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26