Interposta.Info

Belarus

Dünya
 9-02-2017, 14:56     755

Belarus
Belarus öz seçimini edib və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırılması ideyasının heç bir hüquqi əsası yoxdur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçik söyləyib.

O, Belarusun KTMT-də iştirak edib etməməsinin onun öz könüllü işi olduğunu bildirib.

Qeyd edək ki, dünən Ermənistanın Respublika Partiyasından olan deputat Vaqram Baqdasaryan blogger Aleksandr Lapşinin Azərbaycana verilməsinin qarşılığı olaraq Belarusun KTMT-dən uzaqlaşdırılmasını təklif edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26