“Rus NATO”sunun rəhbərliyinə erməni gətirildi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri vəzifəsində Yuri Xaçaturov təyin edilib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTMT baş katibi vəzifəsini müvəqqəti icra edən Valeri Semerikov söyləyib.
Ermənistan nümayəndəsinin KTMT-nin rəhbəri olmasına alyansın bütün üzvləri dəstəkləyib. O, səlahiyyətlərinin icrasına mayın 2-dən başlayacaq.
Qeyd edək ki, Xaçaturov Ermənistanın keçmiş baş qərargah rəisidir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26