Interposta.Info

Xaçaturov Bakının xeyrinə müqavilə imzaladı –

Dünya
 18-04-2017, 12:53     1 277

Ermənistan üçün Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib təyin edilməsi yaxşı heç nə vəd etmir.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni politoloq Manvel Sərkisyan söyləyib.

“KTMT-də Ermənistanın problemlərindən digər ölkələrlə münasibətlərin aydınlaşdırılması üçün istifadə edəcəklər. Digər tərəfdən isə Xaçaturov aprel müharibəsi zamanı özünü çox pis göstərdi. Həmin vədə məhz onun imzası ilə Moskvada Ermənistan və Qarabağın əleyhinə, Azərbaycan və Rusiyanın leyhinə olan atəşkəs imzalandı. İndi o özünü necə göstərəcək, bunu bilmirəm. İstənilən halda o, Rusiyanın maraqları üçün hərəkət edəcək. Ermənistan öz suverenliyini itirir və böyük təhlükələr olan yerlərə cəlb edilir”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26