Interposta.Info

Ermənistanın yeni oyunu: "Növbəti müharibə Sünik uğrunda olacaq"

Siyasət
 12-11-2021, 19:21     277

Ermənistan özünü sülh tərəfdarı kimi göstərsə də, müharibəyə hazırlaşır.

"İnterPosta" xəbər verir ki, Qarabağdakı separatçılar silahlı dəstələri gücləndirmək istiqamətində fəal iş aparmaqla, rəsmi İrəvan da Azərbaycan-Ermənistan sərhəddində yeni mövqelərə sahiblənməyə çalışır.

Artıq Ermənistanın ictimiai-siyasi mühitində yeni müharibədən bəhs edilir. Məsələn, bu ölkənin Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan bildirib ki, hələ də müharibə riski var. Onun sözlərinə görə, növbəti müharibə Sünik uğrunda olacaq. Zakaryan iddia edib ki, yeni müharibəni bölgədə marağı olan üçüncü tərəflər edəcəklər. Lakin o, fikrini konkretləşdirməyib.

Əslində hansısa üçüncü tərəfdən söhbət getmir. 44 günlük müharibədə məğlub olan Ermənistan ən azı sərhəd məsələsində üstünlük əldə etməyə çalışır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesində baş verən insidentlərin kökündə də bu dayanır.

Ermənistan çalışır ki, Azərbaycanı öz ərazisində hərbi toqquşmaya cəlb etsin. Bu halda İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələri, xüsusilə Rusiyanı münaqişəyə cəlb edə bilər. 44 günlük müharibə dövründə də buna cəhdlər oldu. Lakin Bakı təxribatlara uymayaraq yalnız işğal olunmuş ərazilərinin azad edilməsinə fokuslandı.

İndi Zakaryanın "müharibə Sünik uğrunda olacaq" deməsi Ermənistanın hələ də Rusiyanı münaqişəyə cəlb etmək planı üzərində işlədiyinə deməyə əsas verir. Onun "müharibəni üçüncü tərəflər edəcəklər” fikri isə məsuliyyəti Ermənistanın üzərindən atmağa hesablanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26