Interposta.Info

KTMT-dən Ermənistana Zəngəzur cavabı: Müdaxilə edə bilmərik

Siyasət
 3-07-2021, 11:51     231

KTMT-dən Ermənistana Zəngəzur cavabı: Müdaxilə edə bilmərik

Ermənistanın "KTMT planı” baş tutmadı - Təşkilatdan rəsmi İrəvanın tələbini rədd etdi

Rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasi və demarkaziyası prosesində yaranmış gərginlikdən istifadə edərək yenidən Cənubi Qafqazı müharibə ocağına çevirmək istəyir.

HİT.az xəbər verir ki, erməni ictimai-siyasi mühitində sərhədlərin yenidən müəyyənləşməsi təcavüz kimi qiymətləndirilir və KTMT-nin prosesə müdaxiləsi tələb olunur. Lakin təşkilat ermənilərin bu tələbini geri çevirib.

KTMT-nin Baş katibi Stanislav Zas bəyan edib ki, Ermənistanın cənubunda yaranmış gərginlik sadəcə "sərhəd insidenti”dir və təşkilatın prosesə müdaxiləsi mümkün deyil. Çünki bu addım KTMT-nin nizamnaməsinə ziddir.

"Anlamaq lazımdır ki, KTMT-nin potensialından yalnız təcavüz, hücum halında istifadə olunur. Ermənistanın cənubunda baş verənlər isə "sərhəd insidenti”dir. Sevindirici haldır ki, itki, atışma yoxdur. Bu bir "sərhəd insidenti”dir, təbii ki, həll olunmalıdır və biz problemin sülh yolu ilə həllinin tərəfdarıyıq”, - deyə KTMT-nin Baş katibi vurğlayıb.

Onun sözlərinə görə, baş verənləri münaqişənin böyüməsi kimi qiymətləndirmək doğru deyil. "İndi münaqişənin böyüdüyü müşahidə olunmur. Qarşıda konkret sərhəd məsələsi var. Bu mübahisəli məsələnin həlli bağlı çox iş görmək lazımdır. Lakin problemi danışıqlar masasında həll etmək lazımdır”, - deyə Stanislav Zas əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26